İqlim böhranı: Okeanda buz təbəqəsi rekord səviyyədə aşağı düşüb
Planetin sərin qalmasına xidmət edən okeanlardakı buz təbəqəsi süni peykdən ötürülmüş məlumatlara görə rekord səviyyə aşağı düşüb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, şimal və cənub qütblərində olan okean buzları və buzlaqları günəşin izafi enerjisini kosmosa geri qaytarmaqla bir növ güzgü rolunu oynayır və buz təbəqəsinin azalması bilavasitə iqlim dəyişikliyinə, o cümlədən qlobal istiləşməyə təkan verir.
Qlobal temperaturun yüksəlməsi isə buz təbəqəsinin daha da nazikləşməsinə və qütb sularının dərinliklərinin daha çox hərarət udmasına yol açır ki, bu da planetin istiləşməsini daha artırmış olur.