İran və ABŞ arasında danışıqlar birbaşa keçiriləcək – Ağ Ev

Aprelin 12-nə planlaşdırılan İran və ABŞ arasında danışıqların birbaşa formatda keçiriləcəyi təsdiqlənib.

İran və ABŞ arasında danışıqlar birbaşa keçiriləcək – Ağ Ev
Aprelin 12-nə planlaşdırılan İran və ABŞ arasında danışıqların birbaşa formatda keçiriləcəyi təsdiqlənib.

meqale.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə məlumat verib.

O, İran tərəfinin danışıqların vasitəçilər vasitəsilə aparılacağı ilə bağlı əvvəlki açıqlamalarına münasibət bildirərkən deyib: "Şənbə günü birbaşa danışıqlar olacaq. Lakin mən Prezident Trampı bu məsələ ilə bağlı əlavə təfərrüatların açıqlanmasında qabaqlamaq istəmirəm".

Qeyd edək ki, aprelin 7-də tərəflər arasında aparılan yazışmalar nəticəsində danışıqların ilk raundunun aprelin 12-də Omanda keçirilməsi barədə razılıq əldə olunmuşdu. Görüşdə İran tərəfindən diplomatik nümayəndə Abbas Araqçi, ABŞ tərəfindən isə Prezident Donald Trampın xüsusi elçisi Stiven Uitkoff iştirak edəcək.