İranda polis məntəqəsinə silahlı hücum - VİDEO
Bu gün səhər (8 iyul) İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan şəhərində 16 nömrəli polis məntəqəsinə silahlı hücum olub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu İranın Zahidan şəhəri prokuroru Mehdi Şəmsabadi deyib.
M.Şəmsabadinin sözlərinə görə, bir qrup silahlı şəxs polis məntəqəsinə hücum ediblər. İndiyədək nəticədə bir polis məmuru ölüb.
Şəmsabadi silahlı insidentin davam etdiyini deyib.