İranın vitse-prezidenti istefa verdi
İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçmentindən sonra istefa verib.
meqale.com xəbər verir ki, bu barədə "Fars" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Zərif istefa ərizəsini İran Məclisinin iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən uzaqlaşdırılmışdı.