İslam ölkələri BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olmalıdır - Ərdoğan

Qlobal qərar qəbuletmə mexanizmlərinin dəyişən qlobal şəraitə uyğunlaşmasının vaxtı çoxdan çatıb.

İslam ölkələri BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olmalıdır - Ərdoğan
Qlobal qərar qəbuletmə mexanizmlərinin dəyişən qlobal şəraitə uyğunlaşmasının vaxtı çoxdan çatıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə birgə iftar proqramında deyib.

Onun sözlərinə görə, dünya əhalisinin dörddə birini təşkil edən müsəlmanlar qərar vermə proseslərində layiq olduqları şəkildə təmsil olunmalıdırlar.

"BMT Təhlükəsizlik Şurasında veto hüququ olan bir İslam ölkəsinin olması indi tələbdən daha çox zərurətdir", - deyə prezident vurğulayıb.