İstanbulda yüzlərlə reys ləğv edildi
İstanbulun Sabiha Gökçən hava limanından cümə axşamı və cümə günləri planlaşdırılan daxili və beynəlxalq uçuşların 15%-ə qədəri güclü çovğundan dolayı ləğv ediləcək.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə hava limanının əməliyyat şirkəti HEAŞ-ın açıqlamasında deyilir.
"Gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar fevralın 20-də uçuşların 10%-i, fevralın 21-də isə 15%-i ləğv ediləcək", - deyə bildirilib.