İstanbulda zəlzələdə 151 nəfər xəsarət aldı - YENİLƏNİB
17:18
İstanbulda baş verən şiddətli zəlzələ nəticəsində 151 nəfər xəsrət alıb.
meqale.com xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Bildirilib ki, xəsarət alanların əksəriyyəti zəlzələ zamanı təşvişə düşərək hündürlükdən tullanan şəxslərdir:
"Onların həyati təhlükələri yoxdur, müalicəsi davam etdirilir".
15:40
İstanbulda baş verən şiddətli zəlzələdən sonra xəsarət alma ilə bağlı 112 - təcili tibbi yardım briqadasına və xəstəxanalara heç bir məlumat daxil olmayıb.
meqale.com xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
"Nazirlik olaraq bütün əlaqədar qurumlarımızla tam koordinasiyalı şəkildə prosesi yaxından izləyirik", - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün İstanbulda ard-arda bir neçə zəlzələ baş verib.