"İstəmirəm, başqa peşə seçsinlər" - Emil qızları haqda
"Sənətdə qeyrətli aparıcılarımız, xanım ifaçılarımız var. Amma xanım üçün çətindir. Müğənnilik gecəsi-gündüzü olmayan sənətdir. İstəyirəm ki, uşaqlarım başqa peşə seçsinlər. Evə 5-6-da gəlsinlər".
meqale.com axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Emil Bədəlov "Səhər mərkəzi" verilişində deyib. Övladlarından danışan sənətçi onların müğənni olmasını istəmədiyini etiraf edib.
"Uşaq böyütmək xanım ifaçıya çətin və əziyyətlidir. Dedi-qodulu sənətdir. İstəyərəm qızlarım başqa sənətdə olsunlar. Amma mən istəməklə deyil ki..." deyə, Emil əlavə edib.