İtkin düşən 5 yaşlı qızın meyiti tapıldı - DƏHŞƏT
Rusiyanın Orenburq vilayətində itkin düşən beş yaşlı qızın meyiti tapılıb.
meqale.com lente istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.
Hadisənin baş vermə şəraiti müəyyən edilir.
Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə istintaq idarəsinin məlumatına görə, iyunun 30-da günorta saatlarında qız Sorochinsk şəhərinin Naberejnaya küçəsindəki evlərin birinin həyətindən çıxıb.
Onun harada olduğu məlum deyildi. Axtarışlara polis əməkdaşları, könüllülər cəlb olunmuşdu.