İyulun 10-dək bu ölkənin hava məkanı bağlı olacaq

Sudanın Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında uçuşlara qoyulan məhdudiyyətlərin iyulun 10-dək uzadılması barədə qərar qəbul edib.

İyulun 10-dək bu ölkənin hava məkanı bağlı olacaq
Sudanın Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında uçuşlara qoyulan məhdudiyyətlərin iyulun 10-dək uzadılması barədə qərar qəbul edib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

İstisna humanitar məqsədlər üçün həyata keçirilən uçuşlar üçün olacaq.

Qeyd edək ki, bu ilin aprelin 22-də Sudanda yaranmış vəziyyətlə əlaqədar uçuşlara məhdudiyyətlər tətbiq edilib və o vaxtdan indiyədək dəfələrlə uzadılıb.

Sudanda vəziyyət ordu komandiri Əbdülfəttah əl-Burhan ilə Çevik Reaksiya Qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılıqları səbəbindən gərginləşib. Bu iki struktur arasında əsas mübahisə Sudanın vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və ordunun baş komandanı kimin olması ilə bağlıdır.

Sudan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, döyüşlər başlayandan indiyədək 3 mindən çox insan ölüb, azı 6 min nəfər yaralanıb.