Kadırov Türkiyə və Ukraynanı ittiham etdi

Ramzan Kadırov yerli sakinin bıçaqla polis əməkdaşlarına hücumuna görə  Türkiyə və Ukrayna hədəfə alıb.

Kadırov Türkiyə və Ukraynanı ittiham etdi
Ramzan Kadırov yerli sakinin bıçaqla polis əməkdaşlarına hücumuna görə  Türkiyə və Ukrayna hədəfə alıb.

meqale.com xəbər verir ki, Çeçenistan rəhbəri "Teleqram" kanalında yazıb:

"Onun hərəkətlərini idarə edənlərin də şəxsiyyəti müəyyən edilib. Bəzilərini Türkiyədədir və hərəkətlərini Ukrayna vətəndaşı yönəldir".

Kadırov ekstremizm və terrorizmə qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi barədə göstəriş verib:

"Nəzarət tədbirləri gücləndirilib, informasiya axınlarının ətraflı təhlili, o cümlədən şəbəkədə radikallaşmaya kömək edə biləcək dağıdıcı məzmunun monitorinqi aparılır".

Xatırladaq ki, aprelin 8-nə keçən gecə Açxoy-Martanda yerli sakin patrul əməkdaşlarına hücum edərək onları bıçaqlayıb. Polis əməkdaşlarından biri dünyasını dəyişib.