Kamran Ağayev milli komandadan uzaqlaşdırıldı
Ayxan Abbasovun Azərbaycan milli komandasının baş məşqçisi təyin olunmasından sonra yığmanın məşqçilər korpusunda dəyişiklik baş verib.
meqale.com Pressing.az-a istinadən xəbər verir ki, bir neçə ildir millinin qapıçılar üzrə məşqçisi olan Kamran Ağayevə yol görünüb.
39 yaşlı mütəxəssis artıq Azərbaycan yığmasında bu vəzifəni yerinə yetirməyəcək.