Kanada müdafiəyə rekord məbləğdə pul xərcləyəcək

Kanada növbəti iyirmi il ərzində müdafiəyə 73 milyard Kanada dolları (53,3 milyard dollar) xərcləmək niyyətindədir.

Kanada müdafiəyə rekord məbləğdə pul xərcləyəcək
Kanada növbəti iyirmi il ərzində müdafiəyə 73 milyard Kanada dolları (53,3 milyard dollar) xərcləmək niyyətindədir.

meqale.com report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Castin Trüdo Vaşinqtonda NATO sammiti çərçivəsində çıxışı zamanı deyib.

"Bizim yeni müdafiə siyasəti baxışımız növbəti iyirmi il ərzində müdafiəyə 73 milyard Kanada dolları sərmayə qoyulmasını tələb edir. Bu, Kanadanın Şimali Atlantika Müqaviləsi Təşkilatına sarsılmaz sadiqliyini nümayiş etdirir", - deyə Trüdo bildirib.

Onun sözlərinə görə, bu vəsait digər məsələlərlə yanaşı, Kanadanın komandanlığı altında Latviyadakı çoxmillətli NATO batalyonunun döyüş hazırlığını saxlamaq və ukraynalı hərbçilərə təlim keçmək üçün nəzərdə tutulub.