Kazan aeroportu fəaliyyətini bərpa etdi - YENİLƏNİB
*** 12:26
Kazan aeroportu fəaliyyətini bərpa edib. meqale.com xəbər verir ki, artıq Kazan aeroportu fəaliyyətini bərpa edib. *** 09:37
Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salmır.
meqale.com xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.
Qeyd olunub ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib, digər təfərrüatlar açıqlanmayıb.
Bir qayda olaraq, belə tədbirlər pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi səbəbindən tətbiq edilir. Yerli hakimiyyət orqanları hələ ki, vəziyyətlə bağlı heç bir şərh verməyib. Oxşar məhdudiyyətlər dekabrın 27-də də tətbiq edilmişdi.