Keçmiş ərindən Röya haqqında yazılanlara reaksiya - VİDEO
Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov onunla bağlı açıqlama verib.
meqale.com xəbər verir ki, TikTok-da canlı yayım açan Anara hər kəs estrada ulduzunun adını yazıb.
Bu zaman izləyicilərdən birinin "Hamı Röyanı deyir" şərhinə Cəlilov reaksiya verib.
"Deməlidir də. Röya xanım Xalq artistidir, qəşəng müğənnidir. Əlbəttə ondan danışmalıdırlar", - deyə, Anar bildirib.