Kimyəvi zəhər yükü ən yüksək olan meyvə və tərəvəzlər açıqlandı

Bir qrup mütəxəssisin daxil olduğu Pesticide Action Network UK (Böyük Britaniya Pestisitlərə Qarşı Fəaliyyət Şəbəkəsi) ölkənin hökumət nəzarətində olan kənd təsərrüfatı məhsullarındakı kimyəvi qalıqlara dair məlumatları təhlil edib.

meqale.com xəbər verir ki, aparılan analiz nəticəsində 12 növ meyvə və tərəvəzdə yüksək miqdarda pestisit və kimyəvi maddə aşkar edilib.

Hesabata əsasən tərəvəzlərin dörddə biri, meyvələrin isə dörddə üçü birdən çox pestisit qalığı ehtiva edir.

Bu il aparılan geniş araşdırmada 17 fərqli meyvə və tərəvəzdə ümumilikdə 123 müxtəlif kimyəvi maddə müəyyən edilib. Onların 42-si xərçənglə əlaqəli pestisitlər, 21-i isə hormon sisteminə zərər verən maddələr kimi qiymətləndirilib. Alimlərin sözlərinə görə, bu maddələr doğuş qüsurları, yuxu pozuntuları və reproduktiv problemlərə yol aça bilər.

Ən çox kimyəvi qalıq olan məhsullar

Digər yüksək riskli qidalar

Ən az kimyəvi qalıq olan məhsul

Araşdırmaya görə, siyahıda ən təmiz məhsul olaraq çuğundur (şəkər və ya qırmızı çuğundur) göstərilib.