Kiyevə atılan raket qəlpələri Azərbaycan səfirliyinin binasına düşdü - FOTO

Rusiya ordusu noyabrın 14-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı zərbələr endirib.

Kiyevə atılan raket qəlpələri Azərbaycan səfirliyinin binasına düşdü - FOTO
Rusiya ordusu noyabrın 14-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı zərbələr endirib.

meqale.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "telegram" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, rusiyalı hərbçilərin Kiyevə atdığı "İskəndər" raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.

Qeyd edək ki,  hücum zamanı 430-dan çox dron və 18 raket, o cümlədən ballistik "İskander" və "Tsirkon" raketlərindən istifadə olunub. Kiyevdə onlarla çoxmərtəbəli binada dağıntılar qeydə alınıb. Hücumlar nəticəsində 4 nəfər həlak olub.