Konqoda kilsədə 70-dən çox qaçırılmış insanın meyiti aşkarlanıb

Konqo Demokratik Respublikasının (KDR) şərqində, Şimali Kivu əyalətinin Mayba kəndindəki kilsədə 70-dən çox meyit aşkar edilib.

Konqoda kilsədə 70-dən çox qaçırılmış insanın meyiti aşkarlanıb
Konqo Demokratik Respublikasının (KDR) şərqində, Şimali Kivu əyalətinin Mayba kəndindəki kilsədə 70-dən çox meyit aşkar edilib.

meqale.com xəbər verir ki, bu barədə ölkənin "Okapi" radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, söhbət üç gün əvvəl Lubero rayonunda yaraqlılar tərəfindən qaçırılmış şəxslərdən gedir. Radiostansiyanın məlumatına görə, öldürülənlər arasında qadınlar, uşaqlar və yaşlı insanlar var.