Körpəsini unitaza atan qadınla bağlı qərar VERİLDİ

Ötən il yenicə dünyaya gətirdiyi körpəsini Türkiyənin Antalya hava limanında atıb gedən rusiyalı Yekaterina Burnaskinaya hökm oxunub.

Körpəsini unitaza atan qadınla bağlı qərar VERİLDİ
Ötən il yenicə dünyaya gətirdiyi körpəsini Türkiyənin Antalya hava limanında atıb gedən rusiyalı Yekaterina Burnaskinaya hökm oxunub.

meqale.com rus mətbuatına istinadla xəbər verir ki, bu gün keçirilən məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum edib. 

Xatırladaq ki, oktyabrın 14-də rusiyalı qadın Antalyadan Moskvaya uçmağı planlaşdırsa da, hava limanında doğuş sancısı baş verib. O, həkimə müraciət etməyib və əlillər üçün tualetə gedərək orada körpəsini dünyaya gətirib. Körpə dünyaya gəldikdən sonra onu tualetə atıb.

Təxminən 10 dəqiqədən sonra təmizlikçi qadın tualetə girib və uşağı aşkar edib.Mühafizə xidməti təyyarəyə minməzdən əvvəl rus qadını saxlayıb, onun anasını tez bir zamanda müəyyənləşdirib.