“Kuruluş Osman”da şok ayrılıq - FOTO
"Kuruluş Osman" serialında final öncəsi gözlənilməz ayrılıq yaşanıb.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda Begüm Hatun obrazını canlandıran aktrisa Buçe Buse Kahraman layihəyə vida edib. Bu ayrılıq, serialı yaxından izləyən tamaşaçıları təəccübləndirib. Mövsüm tamamlanmamış baş verən bu gediş, sosial mediada da gündəm olub.
Bozdağ Filmin istehsalı olan "Kuruluş Osman" serialı 6-cı mövsümünü 194-cü bölümlə tamamlayacaq. ATV-də yayımlanan serialın 4 iyun tarixində mövsüm finalı gözlənilir.