Lavrovun Türkiyədəki çıxışı böyük səs-küyə səbəb oldu
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatik Forumunda çıxışı böyük diqqət çəkib.
meqale.com xəbər verir ki, mətbuat konfransının keçirilməli olduğu konqres mərkəzinin zalı tədbir başlamamışdan xeyli əvvəl dolub.
Rusiyalı naziri dinləmək istəyənlər təyin olunmuş vaxta 30 dəqiqə qalmış toplaşıblar. Zalda boş oturacaqlar, hətta ayaq üstə duranlar üçün yer də qalmayıb.