Le Pen yenidən “Milli Birlik” fraksiyasının lideri oldu
Marin Le Pen yenidən Milli Assambleyada (Fransa parlamentinin aşağı palatası) "Milli Birlik" parlament fraksiyasının lideri olub.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.
"Bu gün Marin Le Pen Milli Assambleyada yenidən "Milli Birlik" qrupunun lideri seçilib", - radiostansiya parlamentdəki mənbələrə istinadən xəbər verir.
Marin Le Pen 2022-ci ilin iyunundan parlament fraksiyasına rəhbərlik edir.