"Lexus" kanala aşdı - 5 nəfər öldü - YENİLƏNİB - FOTO
Biləsuvar rayonunda baş vermiş ağır yol qəzasında ölən 5 nəfərin kimliyi məlum olub.
meqale.com report-a istinadən xəbər verir ki,hadisə nəticəsində sürücü Vasif Həsənli (2003-cüil təvəllüdlü) və sərnişinləri; Rusif Həsənli (2001), İldırım Həsənli (1990), Məhəmməd Məmmədli (2000), Əliqardaş Rəsulzadə (2007) dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
----------- Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan meqale.com-a bildirilib.
Qeyd edilib ki, V. Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb. Araşdırma aparılır.
------------ Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.
meqale.com-ın verdiyi xəbərə görə, hadisə rayonun Bağbanlar kəndində baş verib.
Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan "Lexsus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır. (APA)