Leyla çənəsini "uzatdı" - FOTO
Aparıcı Leyla Mustafayeva izləyicilərini təəccübləndirib.
meqale.com xəbər verir ki, o, etdirdiyi kosmetoloji prosedurdan görüntü paylaşıb.
Mustafayeva üzü və çənəsinə dolğu etdirdiyini izləyicilərinin nəzərinə çatdırıb.
"Görürsünüz ki, kosmetoloji prosedurdan sonra üzüm deşik-deşikdir. Dedim ki, qonşudan geri qalmayım. Bu, da çənə dolğum. Yeni çənəm necədir? Gözəl görünürəm? Xahiş edirəm gözəl sözlərinizi şərh bölümünə yazın".
Sosial şəbəkə istifadəçiləri teleaparıcının uzadılmış çənəsini görüb çaş-baş qalıblar. Onlardan bəziləri Leylanın effektlə çənəsini uzadaraq, zarafat etdiyini düşünüblər.
Həmin görüntünü təqdim edirik: