Mahir Emreli "Dinamo"nun heyətində MOİK-ə qol vurdu - VİDEO

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində növbəti qolunu vurub.

Mahir Emreli
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində növbəti qolunu vurub.

meqale.com report-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Bolqarıstanın MOİK komandasına qarşı yoxlama oyununda fərqlənib.

Təcrübəli forvard 21-ci dəqiqədə rəqib qapısına yol tapmaqla görüşdə hələlik yeganə qolun müəllifi olub. Hazırda qarşılaşmada fasilədir.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümün ikinci yarısını icarə əsasında Türkiyə "Konyaspor"unda keçirib.