Mark Karni Kanadanın növbəti baş naziri olacaq
Mark Karni bazar günü Kanadanın hakim Liberal Partiyasının yeni lideri seçilib və ölkənin növbəti baş naziri olacaq.
meqale.com xəbər verir ki, o partiyadaxili seçkilərdə partiya üzvlərinin 85,9 faizinin səsini toplayaraq sədr seçilib.
Partiyanın qurultayında açıqlanan məlumatlara görə, sabiq maliyyə naziri və baş nazirin sabiq müavini Kristia Friland 8 faiz, Kanada hökumətinin İcmalar Palatasında (parlamentin aşağı palatası) lideri Karina Quld və liberal deputat Frank Baylis isə təxminən 3 faiz səs toplayıblar.
Karni yalnız hazırkı baş nazir Castin Trüdo istefa ərizəsi təqdim etdikdən sonra baş nazir postunu tutacaq. Bunun da yaxın günlərdə baş verəcəyi gözlənilir.