Marsa uçuş bu tarixdə mümkün olacaq

İnsanlıq artıq növbəti 10 il ərzində Marsın səthinə qədəm qoya bilər.

Marsa uçuş bu tarixdə mümkün olacaq
İnsanlıq artıq növbəti 10 il ərzində Marsın səthinə qədəm qoya bilər.

meqale.com-ın məlumatına görə, bu barədə TASS-a müsahibəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) keçmiş direktor köməkçisi Çarlz Vinsent bildirib.

Onun sözlərinə görə, texniki baxımdan belə bir missiyanın həyata keçirilməsi üçün imkanlar artıq mövcuddur, lakin ABŞ üçün əsas maneə maliyyələşdirmə çatışmazlığı olaraq qalır.

"Bir çox aspektlərdə lazımi texnologiyalar artıq hazırlanıb. Bizə sadəcə bu iddialı layihəni ödəmək üçün bir yol tapmaq lazımdır", - deyə Vinsent vurğulayıb.