Martda media ən çox ondan danışıb: Maskı da, Messini də qabaqladı

2025-ci ilin mart ayında "Vaşinqton"un forvardı Aleksandr Oveçkin adı çəkilən xəbərlərin sayına görə milyarder İlon Maskı geridə qoyub.

meqale.com xəbər verir ki, xokkeyçi haqqında mediada yazılanların sayı fevral ayı ilə müqayisədə 1,5 dəfə artaraq 5,8 mini keçib.

"Bu göstəricidə o, təkcə Rusiya və xarici idmançıları deyil, həm də məşhur ictimai xadimləri və sahibkarları qabaqlayıb. Beləliklə, xəbərlərdə qeyd olunanların sayına görə Oveçkin İlon Maskı 10% ötüb", - deyə "Zen" bildirib.

Nəşr həmçinin qeyd edib ki, xokkeyçinin adı futbolçu Lionel Messidən 6,3 dəfə çox çəkilib.