Maskın həyatı təhlükədədir: Mühafizəsi gücləndirilib
ABŞ federal marşalları xidməti amerikalı milyarder - ABŞ Hökumət Səmərəliliyi İdarəsinin rəhbəri (DOGE) İlon Maskın şəxsi mühafizəsində birbaşa olaraq iştirak etməyə başlayıb. Belə ki, adıçəkilən qurum Maskın cangüdənlərinə daha geniş səlahiyyətlər verib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Federal Marşallar Xidməti zərurət yarandıqda Ədliyyə Nazirliyi, hüquq-mühafizə orqanları və özəl mühafizə şirkətlərinin əməkdaşlarına öz səlahiyyətlərini həvalə edə bilir.
Məlumatda qeyd olunur ki, Maskın mühafizəsinə cavabdeh olan bəzi cangüdənlər artıq marşal təyin ediliblər və onların federal əsaslarda silah daşımasına icazə verilir.
Bildirilir ki, Maskın mühafizəsinin gücləndirilməsi üçün bu xidmətə müraciət etməsi DOGE rəhbərinin son vaxtlar çoxlu ölüm təhdidləri alması ilə əlaqədardır.