"Mavi balina"nın yaradıcısı həbs olundu - VİDEO
Rusiyanın Novosibirsk vilayətində "Mavi balina" kanalının yaradıcısı 9 il müddətinə azadlıqdan məhrum edilib.
meqale.com bildirir ki, ictimai səhifə yaratmaqda təqsirləndirilən İlya Poqiblov Cinayət Məcəlləsinin 2 maddəsi ilə təqsirli bilinib: özünü öldürmə həddinə çatdırma və internetdə bir qrup şəxs tərəfindən yetkinlik yaşına çatmayanları intihara sövq etmə.
Müstəntiqlərin fikrincə, 2023-cü ildə başqalarının ölümündə patoloji marağı olan Poqiblov "Mavi balina" ictimai kanalı vasitəsilə sosial şəbəkələrdə ünsiyyət quraraq, potensial qurbanları "zəruri olan bir sıra ixtisaslaşdırılmış tapşırıqları yerinə yetirməyə" təşviq edib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığından cinayət əməlini törətməyə vaxtı olmayıb.