Məhkəmə Saakaşvili barədə qərar verdi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini 3,2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.

meqale.com xəbər verir ki, məlumata görə, Saakaşvili şəxsi ehtiyacları - geyim, oğlunun təhsili, avtomobil icarəsi və kosmetik prosedurlar üçün Dövlət Təhlükəsizlik Xidmətinin 9,2 milyon larisini mənimsəyib. Onun həbs müddəti 2021-ci il oktyabrın 1-dən hesablanır və o, 2030-cu il oktyabrın 1-də azadlığa buraxılacaq.

Bundan əlavə, keçmiş prezident 2007-ci il noyabrın 7-də baş verən hadisələr və sərhədi qanunsuz keçmə ittihamları ilə bağlı digər məhkəmə prosesləri ilə də üzləşir.

Hazırda o, 2022-ci ildən Vivamed klinikasında cəza çəkir.