Meksikada avtobus qəzası - 25 nəfər həlak oldu

Meksikanın Oaxaka və Duranqo ştatlarında baş verən iki ayrı avtobus qəzası nəticəsində azı 25 nəfər ölüb.

Meksikada avtobus qəzası - 25 nəfər həlak oldu
Meksikanın Oaxaka və Duranqo ştatlarında baş verən iki ayrı avtobus qəzası nəticəsində azı 25 nəfər ölüb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Oaxaka ştatı hökumətinin X səhifəsində dərc olunan bəyanatında deyilir.

Bazar ertəsi səhər saatlarında Mitla-Tehuantepek magistralında, Santo-Dominqo-Narro şəhərinin yaxınlığında avtobusun aşması nəticəsində 11 nəfər həyatını itirib, 12 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.