Məktəblilərin 7 günlük tətili başlayır - Bu tarixdən
Noyabrın 17-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.
meqale.com xəbər verir ki, Payız tətili 16-20 noyabr tarixlərini əhatə edəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" Qərarına əsasən, 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü 11 noyabrdır. Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü isə 12 noyabrdır.
Bununla yanaşı, qeyd edirik ki, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.