Məşhur aktyor xəstəlikdən öldü - FOTO

Məşhur aktyor Çarli Skalis vəfat edib.

Məşhur aktyor xəstəlikdən öldü - FOTO
Məşhur aktyor Çarli Skalis vəfat edib.

meqale.com xarici mətbuata istinadla xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.

Aktyor uzun müddət Alzheimer xəstəliyindən əziyyət çəkib və Pensilvaniyanın Feniksvill şəhərindəki qocalar evində vəfat edib.

Skalis 2003-cü ildə "The Wire" serialının ikinci mövsümündə liman işçisi Tomas Pakusa obrazı ilə tanınıb. O, ümumilikdə 12 seriyada rol alıb.

Aktyor həmçinin "Sopranoslar" serialında Toni Sopranonun məktəb dövründəki məşqçisi Molinaro rolunu da canlandırıb və bu obrazla tamaşaçıların yaddaşında qalıb.