Məşhur özəl klinikaya protokol yazıldı - SƏBƏB

Xəbər verdiyimiz kimi, "Aristokrat" klinikasında sertifikatsız stomatoloqların fəaliyyəti ilə bağlı xəbər sosial şəbəkələrdə məlumat yayılıb.

Məşhur özəl klinikaya protokol yazıldı - SƏBƏB
Xəbər verdiyimiz kimi, "Aristokrat" klinikasında sertifikatsız stomatoloqların fəaliyyəti ilə bağlı xəbər sosial şəbəkələrdə məlumat yayılıb.

meqale.com xəbər verir ki, hadisədən dərhal sonra Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2 dekabr 2025-ci ildə klinikada plandan kənar yoxlama aparıb.  

Qurum bildirib ki, yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb və buna görə "Aristokrat" Tibb Mərkəzi MMC və Araz Məmmədzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4 və 215.1-ci maddələrinə uyğun olaraq protokollar tərtib edilib.

Qanun pozuntuları ilə bağlı sənədlər növbəti icraata göndərilib.