Məşhur türk serialı final edir - FOTO

Türkiyənin məşhur "Şakir Paşa ailesi: Mucizeler ve skandallar" serialı final edəcək.

Məşhur türk serialı final edir - FOTO
Türkiyənin məşhur "Şakir Paşa ailesi: Mucizeler ve skandallar" serialı final edəcək.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda serialın baş rollarından biri olan Cem Yiğit Üzümoğlu açıqlama verib.

"Təəssüf ki, belə nəticələndi. Yanğınların öhdəsindən gəlmək olar. Amma bir dostumuzun ölümü hamımız üçün son nöqtə oldu və bitirmək qərarı verildi", - o qeyd edib.

Xatırladaq ki, ötən ay serialın çəkildiyi məkanda yanğın baş verməsi ölümlə nəticələnib. Belə ki, tüstüdən təsirlənərək infarkt keçirən istehsalat üzrə menecer, "Taki" ləqəbli Serkan Sükyan vəfat edib.