Metroda nə baş verir? - AÇIQLAMA

Metronun "20 Yanvar" stansiyasında sıxlıq yaranıb.

Metroda nə baş verir? - AÇIQLAMA
Metronun "20 Yanvar" stansiyasında sıxlıq yaranıb.

meqale.com xəbər verir ki, redaksiyamıza daxil olan məlumata görə, metroya insanların tək-tək yoxlanılaraq buraxıldığı bildirilir.

Bu isə əhali arasında narahatlıq yaradıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hər şey qaydasındadır:

"Sərnişinlər turniketlərdən normal keçir, platformada xüsusi qeyd olunacaq sıxlıq yoxdur, qatarlar qrafik üzrə normal hərəkət edir".