Morq müdiri meyitləri parçalayıb sınaq aparırmış
ABŞ-də morq sahibi meyitlər üzərində təcrübə aparmaqda ittiham olunur.
meqale.com Mirror-a istinadla xəbər verir ki, Texas ştatında morq sahibi Adeline Nqan-Binh Bui meyitlər üzərində qanunsuz təcrübələr aparmaqda ittiham olunub. Polis onun istifadə etdiyi alətlərin üzərində insan qalıqları aşkar etdikdən sonra araşdırmalara başlayıb.
Austin şəhər polisi, Texas Dəfn Xidməti Komissiyasının xəbərdarlığından sonra qadını saxlayıb. Aparılan axtarış zamanı meyitlərin hissələrinin kəsilərək embalmasiya (saxlanma) prosesi üçün sınaqdan keçirildiyi məlum olub.
Adeline Nqan-Binh Bui meyitlərin təhqiri və hökumət sənədlərini saxtalaşdırma ittihamları ilə həbs olunub. O, 27 min dollar girov qarşılığında azadlığa buraxılıb. İstintaq davam edir.