Müjde Arı canlandıracaq - FOTO

Yeşilçam'ın unudulmaz aktrisalarından Adilə Naşidin həyatı filmə çəkilir. "Adilə" adlı filmdə Müjde Ar obrazını canlandıracaq Seda Bakan, ustad aktrisa ilə bir araya gəlib.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, BKM-nin prodüserliyi və Çağan Irmakın rejissorluğu ilə çəkilən bu gözlənilən layihədə, Adilə Naşid rolunu Berlinale Gümüş Ayı mükafatçısı Meltem Kaptan oynayacaq.

Filmdə Müjde Ar obrazını canlandıracaq Seda Bakan, bu rola hazırlıq mərhələsində Müjde Ar ilə görüşüb. Görüşdən sonra paylaşım edən Seda Bakan, həyəcanını belə ifadə edib:

"Müjde Ar olmaq... Həyəcan, qorxu, maraq, möcüzə."

Aktrisa, görüşə qızları Leyla və Ela ilə birlikdə qatılıb. Bu da diqqətdən yayınmayıb.

Digər tərəfdən filmdə aşağıdakı məşhur şəxslər də canlandırılacaq:

Ertem Eğilmez

Gazanfer Özcan

Gönül Ülkü

Münir Özkul

Muhsin Ertuğrul

Müjde Ar

Tarık Akan

Ayşen Gruda

Itır Esen

Sevda Aktolga