Nahelin ölümü: Fransadakı jurnalistlər iğtişaşçıların hədəfindədir
Nahelin ölümündən sonra baş verən iğtişaşlar zamanı "Le Figaro" qəzetinin iki üzvü də daxil olmaqla, ondan çox jurnalist hücuma məruz qalıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.
"Şəkil çəkdirdiklərinə və ya sadəcə olaraq hadisəni işıqlandırdıqlarına görə müxbirlər iğtişaşçı qrupların hücumuna məruz qaldılar. Öz məhlə qanunlarını tətbiq edən həmin quldur dəstələri mətbuat nümayəndələrinin ləyaqətini alçaltmaqdan, hətta onlara təcavüz etməkdən çəkinmirlər" deyə məlumatda qeyd olunub.
Bildirilib ki, bəzi jurnalistlər zərbə alandan sonra hətta təcili yardım məntəqələrinə müraciət etməli olublar.