Naxçıvanda BƏDBƏXT HADİSƏ: Nərdivan sındı, ustalardan birinin qulağı qopdu
Naxçıvanın Kəngərli rayonunda təmir işləri aparan iki usta yıxılaraq xəsarət alıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qıvraq qəsəbəsində qeydə alınıb.
Tikilidə təmir işləri ilə məşğul olan ustalar nərdivanın sınması nəticəsində hündürlükdən yıxılıblar. Ustalardan birinin qulağı qopub, digərinin qolu sınıb.
Yaralılar hazırda həkim nəzarətindədir.