"Neftçi" "Match TV" turnirinə məğlubiyyətlə başlayıb

Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" "Match TV" beynəlxalq turnirində ilk oyununu keçirib.

Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" "Match TV" beynəlxalq turnirində ilk oyununu keçirib.

meqale.com report-a istinadən xəbər verir ki, hazırda baş məşqçisiz olan "ağ-qaralar" yerli "Zenit" komandası ilə qarşılaşıb.

Sankt-Peterburqdakı "Qazprom Arena"da oynanılan görüş rəqibin qələbəsi ilə başa çatıb - 3:1.

Hesabı 39-cu dəqiqədə Bakı klubundan Mateus Saldanya açıb. Braziliyalı hücumçu penaltini dəqiq yerinə yetirib. "Zenit"in qollarını isə 49-cu dəqiqədə Qustavo Mantuan, 70-ci dəqiqədə Klaudinyo və 80-ci dəqiqədə Zelimxan Bakayev vurublar.

"Match TV" turniri 1 iyul

20:30. "Neftçi" (Azərbaycan) - "Zenit" (Rusiya) - 1:3 Qollar: Mateus Saldanya, 39 (penalti) - Qustavo Mantuan, 49. Klaudinyo, 70. Zelimxan Bakayev, 80 Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov VAR hakimi: Sergey Tsıqanok Sankt-Peterburq, "Qazprom Arena"

Qeyd edək ki, "Neftçi" turnirdə iyulun 8-də Serbiyanın "Srvena Zvezda", iyulun 12-də isə Türkiyənin "Fənərbağça" klubları ilə qarşılaşacaq.