Nigar Şəbnəmə söz atdı

Avroviziya qalibimiz Nigar Camal bir müddət öncə qalmaqal yaşadığı müğənni Şəbnəm Tovuzluya söz atıb.

Nigar Şəbnəmə söz atdı
Avroviziya qalibimiz Nigar Camal bir müddət öncə qalmaqal yaşadığı müğənni Şəbnəm Tovuzluya söz atıb.

meqale.com xəbər verir ki, "Afaqla 10lar" verilişində qonaq olan Nigarla bağlı digər qonaq Samir Cəfərova maraqlı sual verilib.

"Bu məşhurlardan hansı Nigarın yanına gəlib özünü müdafiə üçün fənd öyrənmək istəsə, öyrətmək əvəzinə onu özü yıxar. Roza, Nərmin Kərimbəyova, yoxsa Şəbnəm Tovuzlu?", - deyə, aparıcı Afaq Gəncəli bildirib.

Nigar "Bir söz deyim, "Kataqoriya" cavabını verib.  Samir isə "Şəbnəm Tovuzlu? Aranızda nəsə olub da", - deyə, vurğulayıb.

N. Camal ""Kataqoriya"dır da" deyərək Cəfərovu təsdiqləyib.