Norveç dənizində güclü ZƏLZƏLƏ

Norveç dənizinin akvatoriyasında 6.6 maqnitudalı yeraltı təkan qeydə alınıb. 

Norveç dənizində güclü ZƏLZƏLƏ
Norveç dənizinin akvatoriyasında 6.6 maqnitudalı yeraltı təkan qeydə alınıb. 

meqale.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər yayıb.

Bildirilir ki, zəlzələnin episentri Norveçin Yan-Mayen adasından təxminən 8.5 km şimalda olub.

Episentrdə zəlzələnin intensivliyi "dağıdıcı" kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6.5 bal olaraq qiymətləndirib.