Oğlu ilə birgə bacısını öldürdü, meyiti 1 il zirzəmidə GİZLƏTDİ

Rusiyanın Perm vilayətində sərxoş kişi oğlu ilə birgə öz bacısını öldürüb.

Oğlu ilə birgə bacısını öldürdü, meyiti 1 il zirzəmidə GİZLƏTDİ
Rusiyanın Perm vilayətində sərxoş kişi oğlu ilə birgə öz bacısını öldürüb.

meqale.com bildirir ki, 53 yaşlı kişi tezliklə məhkəmə qarşısına çıxacaq.

İstintaqın məlumatına görə, 2023-cü ilin dekabrında Perm sakini spirtli içki qəbul edərkən bacısı ilə mübahisə edib. O, oğlu ilə birlikdə qadına hücum edərək onu boğub.

Cinayəti gizlətmək üçün ata-oğul meyiti Motovilixa rayonunda yerləşən fərdi yaşayış evinin zirzəmisində gizlədiblər. Meyit bir il əvvəl, 2024-cü ilin martında tapılıb.

Şübhəlinin oğlunun hadisə zamanı anlaqsız olduğu açıqlanıb. Kişinin işi ayrıca icraata ayrılıb.