Ölümündən sonra “Ukrayna Qəhrəmanı” adına layiq görüldü - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski ictimai fəal və "Hospitaller" könüllülər batalyonunun həkimi İrina Tsıbuxu ölümündən sonra "Ukrayna Qəhrəmanı" adına layiq görüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna dövlət başçısı fərman imzalayıb.
"İctimai fəal, "Hospitaller" könüllülər batalyonunun ekipajının rəhbəri İrina Tsıbuxa (ölümündən sonra) "Qızıl Ulduz" ordeni ilə "Ukrayna Qəhrəmanı" adı verilsin", - fərmanda deyilir.