Pakistanda avtobus partladı: 4 ölü, 30-dan çox yaralı var

Pakistanın Bəlucistan əyalətinin Turbat şəhəri yaxınlığında avtobusda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

Pakistanda avtobus partladı: 4 ölü, 30-dan çox yaralı var
Pakistanın Bəlucistan əyalətinin Turbat şəhəri yaxınlığında avtobusda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

meqale.com xəbər verir ki, bu barədə Pakistanın "DAWN" agentliyi məlumat yayıb.

Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, partlayış Kəraçidən Turbat istiqamətində hərəkət edən avtobusda baş verib. Hadisə yerinə çoxlu sayda polis və təhlükəsizlik qüvvələri cəlb olunub. Hazırda partlayışla bağlı hərtərəfli araşdırma aparılır.

Hücuma görə məsuliyyəti "Bəlucistan Azadlıq Ordusu" qruplaşması öz üzərinə götürüb.

Pakistanın Baş naziri Şahbaz Şərif hücumu pisləyib.