Peyklər problem yaratdı: bəzi ölkələr Paşinyana müraciət etdi
2022 və 2023-cü illərdə orbitə buraxılan Ermənistanın "Armsat-1" və "Hayasat-1" peykləri digər ölkələrin kosmik gəmilərinin fəaliyyətinə problem yaradır.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Joqovurd" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bir sıra ölkələrin hökumətləri bu peyklərin Yerə qaytarılması xahişi ilə Ermənistan Baş naziri Nikol Paşinyana müraciət ediblər.