Pezeşkian Dəbirini lüks səyahətinə görə işdən çıxardı

İran Prezidenti Məsud Pezeşkian köməkçisi Şəhram Dəbirini lüks səyahətə getdiyi üçün vəzifəsindən azad edib.

Pezeşkian Dəbirini lüks səyahətinə görə işdən çıxardı
İran Prezidenti Məsud Pezeşkian köməkçisi Şəhram Dəbirini lüks səyahətə getdiyi üçün vəzifəsindən azad edib.

meqale.com xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.

M.Pezeşkian məsələ ilə bağlı açıqlamasında bildirib ki, Dəbirinin Novruz bayram tətilində Antarktidaya lüks səyahətə getdiyi müəyyənləşib: "Kasıbların çox olduğu bir ölkədə vəzifəli şəxslərin öz vəsaitləri hesabına olsa belə, bahalı əyləncə səyahətlərə getməsi müdafiə edilə və ya haqlı sayıla bilməz. Bu, səlahiyyətlilərin sadə həyat standartları ilə uyğun deyildir".