Pezeşkian sərvətindən danışdı: Təbrizdə evim, Urmiyada...
Ürək cərrahı olmağıma və bu sahədə uzun illərlə işləməyimə, dostların təkidlərinə baxmayaraq, klinika açmaq və tibbi fəaliyyətlə məşğul olmaq üçün dövlətdən dəstək almamışam.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə İranın yeni Prezidenti Məsud Pezeşkian deyib.
O, bütün varidatının məlum olduğu və məlum olanlardan başqa heç nəyinin olmadığını söyləyib:
"Tehran və Təbrizdə evim var. Urmiyada isə maaşım hesabına bir bağ sahəsi almışam. Təqaüdə çıxandan sonra orada işləyib, yaşamağı düşünürəm. Bunlardan başqa heç bir sərvətim yoxdur".